Vahid Əhmədov: “Azərbaycan özü Gürcüstana, Türkiyə, İsveçə və digər dövlətlərə yatırımlar edir” AÇIQLAMA
"9 ayın yekunlarına görə Azərbaycan iqtisadiyyatına 19 milyard investisiya yatırılıb. Bunun da təxminən 11 milyardı daxili, 8 milyardı isə xarici investisiyaların payına düşür. Vaxt var idi ki, Azərbaycan sərmayə axtarışında idi, xarici bazarlara çıxmaq üçün yollar axtarırdı. Lakin indi Azərbaycan özü Gürcüstana, Türkiyəyə, İsveçə və digər dövlətlərə yatırımlar edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki, 19 milyardın 11 milyardının daxili investisiyaların payına düşməsi əsas vurğulanacaq məsələlərdən biridir: "Bu ölkənin öz daxili resursları hesabına qoyulan sərmayələrdir. Onlar da həm qeyri-neft sektorunun, həm də digər iri layihələrin həyata keçirilməsinə yönəlib. 2013-2014-cü illərdə Sumqayıtda, Gəncədə, o cümlədən Qaradağ rayonunda sənaye banklarının yaradılması məhz bu investisiyaların hesabına meydana gəlib. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə olaraq, Azərbaycanın iqtisadi cəhətdən müstəqil bir dövlət olduğunu qeyd edib. Bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Çünki bir dövlət iqtisadi cəhətlərdən müstəqildirsə, deməli o özünün xarici siyasətini də müstəqil apara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB