Tahir Tağızadə: "İki ölkə xeyli müddətdir ki, bir çox sahələrdə əməkdaşlıq edir"

Tahir Tağızadə: "İki ölkə xeyli müddətdir ki, bir çox sahələrdə əməkdaşlıq edir"

Bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forum keçirilir. SİA- nın məlumatına görə, tədbirdə Böyük Britaniyanın Parlamentinin Lordlar və Nümayəndələr Platasının yüksək vəzifəli şəxsləri Lord Risbi, Seynt Con Blesto, David Morris, Ceyms Vorton, Pol Gudmən, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Milli Məclisin və ölkəmizin dövlət qurumlarının üzvləri, ARDNŞ-ın və "BP Azərbaycan" şirkətinin nümayəndələri və media işçiləri iştirak ediblər.

Forumda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə İngiltərənin Azərbaycanı çox böyük partnyor olaraq gördüyünü vurğulayıb: "Azərbaycan bu gün Qərblə Şərqi birləşdirən körpü rolunu oynayır. İngiltərə və Azərbaycanın xarici siyasəti demək olar ki eynidir. Dağlıq Qarabağ münaqişəsi konstruktiv olaraq dəstəklənir. QHT-lər bu məsələdə daha çox səy göstərirlər".

Səfir qeyd edib ki, iki ölkə xeyli müddətdir ki, bir çox sahələrdə əməkdaşlıq edirlər: "Azərbaycanda Tanap, Tap tikinti işləri uğurla davam etdirilir. Azərbaycanda qeyri-neft sektorunda yeni imkanlar açılır. Britaniya brendlərinin Azərbaycanda açılması və gücləndirilməsi gözlənilir. Azərbaycan və İngiltərə arasında eksperimentlər keçirilib. Təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Hər il azərbaycanlı tələblər İngiltərəyə təhsil almağa gəlir. Tələbələr həm İngiltərə, həm də Azərbaycan tərəfindən maddi dəstəklə təmin edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə