Ruslan Atakişiyev: “Rus rublunun ucuzlaşmasının ölkəmizə heç bir təsiri olmayacaq" MÜNASİBƏT

Ruslan Atakişiyev: “Rus rublunun ucuzlaşmasının ölkəmizə heç bir təsiri olmayacaq" MÜNASİBƏT

"Sentyabr ayının ortalarında 1 ABŞ dolları 39.58 rubla dəyişdirilməyə başladı. Hətta qara bazarda 2-3 dəfə az məbləğə dəyişdirilib. Belə olduğu halda dolların dəyəri möhkəmlənmiş olur". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

İqtisadçı bildirib ki, Azərbaycan Rusiya ilə geniş iqtisadi-ticari əlaqələr quran ölkələrdən biri olsa da, rublun ucuzlaşmasının ölkəmizə heç bir təsiri olmayacaq: "Azərbaycan manatının məzənnəsi dollara nəzərən müəyyən edilir. Buna görə də Azərbaycan manatının dəyəri rus rubluna nisbətən yüksəlmiş olur. Bir rubl 0,019 6 manata dəyişdirilir. Bu göstərici onu deməyə əsas verir ki, yaxın vaxtlarda bu hal daxili bazara təsir göstərməyəcək. Həmçinin, Milli Bank maliyyə bazarında bu vəziyyətin ölkəmizə hansısa təsirinin olmaması istiqamətində addımlar atır".

Bütün xəbərlər Facebook səhifəmizdə