Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun "28 May" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 1-də saat 12.00-da olacaqdır.

Yarmarkada 400 nəfərdən çox arıçı iştirak edəcək, satışa 200 tondan çox arıçılıq məhsulları çıxarılacaqdır. Satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə