Türkiyədə III Trabzon ipək yolu iş adamları sammiti keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, III Trabzon ipək yolu iş adamları sammiti oktyabrın 17-19-da Trabzon şəhərində baş tutacaq. Sammit Tabzon Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycanlı iş adamları və sahibkarlar sammitdə iştirak edə bilərlər. Sammitdə iştiraka maraqlı iş adamları oktyabrın 3-dək Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət müşavirliyinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB