İqtisadçı: “ÜTT-yə üzvlük ölkəmiz üçün əhəmiyyətli addımlardan biridir"
"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük istiqamətində işlər aparır. Bu təşkilata üzv olmaq Azərbaycan üçün əhəmiyyətli addımlardan biridir". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla Azərbaycanda sahibkarlıq mühitinin inkişafı üçün geniş imkanlar yaranacaq: "Azərbaycan sahibkarları bu təşkilata daxil olan ölkələrdə eyni hüquqlar çərçivəsində ticarətlə məşğul ola biləcəklər. Təbii ki, bu qarşılıqlı şəkildə investisiyaların yatırılmasına imkan verəcək. O cümlədən, ölkə istehlakçılarının ucuz və keyfiyyətli məhsullarla təmin edilməsi üçün şərait yaranacaq".
İqtisadçı həmçinin, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasında yaranan gecikmələrə də münasibət bildirib: "Azərbaycanda aqrar sektorda rəqabətin olmaması, bu sahədə hələ də mövcud olan bəzi problemlər ölkəmizin bu təşkilata üzv olması məsələsini çətinləşdirir. Bununla yanaşı qanunvericilikdə olan bir sıra iqtisadi qanunların, aktların ticarət təşkilatının standartlarına uyğunlaşdırılması məsələsi bu prosesi gecikdirən səbəblər sırasındadır".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB