Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin açılışı olub. SİA-nın Rusiya Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sammitdə bütün Xəzəryanı ölkələrin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.
"Xəzər beşliyi" iştirakçıları Xəzər dənizinin hüquqi statusunu və regionda təhlükəsizlik məsələsinin hərbi tərəflərini müzakirə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB