Milli Məlumatlar Bankı beynəlxalq konfransının açılışı olub

Milli Məlumatlar Bankı beynəlxalq konfransının açılışı olub

Bu gün Bakıda neft-qaz ehtiyatlarının işlənməsinin nəticəsi olan məlumatların istifadə olunması, ötürülməsi və idarə olunmasına həsr edilən növbəti NDR (National Data Repository – Milli Məlumatlar Bankı) beynəlxalq konfransının açılışı olub. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə tədbirin prezidenti, Niderlandın TNO şirkətinin nümayəndəsi Tirza van Daalen açıb.

Konfransda çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycanda yüksək texnologiyaların tətbiqinə dövlət səviyyəsində güclü dəstək verildiyini, ölkəmizin bu sahə üzrə regionda lider olduğunu qeyd edib.

ARDNŞ-in bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışan X.Məmmədov Azərbaycanın neft sənayesinin zəngin tarixinin müasir rəqəmsal texnologiyaların köməyi ilə qorunub saxlanıldığını vurğulayıb.

Konfransın Bakıda ARDNŞ-in dəstəyi ilə keçirilməsinin karbohidrogen yataqlarının Korporativ vahid Məlumatlar Bankının – Geoloji Mədən Verilənləri Korporativ Bazasının yaradılması işinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, konfransda 40-a yaxın ölkədən 200-dək nümayəndə iştirak edir. ARDNŞ konfransda 16 nümayəndə ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə