Monteneqronun baş naziri : "Biz ölkələrimiz üçün yeni gələcək yaradırıq”
"Ötən dövr ərzində Azərbaycan möhtəşəm inkişaf yolu keçib". SİA-nın xəbərinə görə, bu sözləri Monteneqronun baş naziri Milo Cukanoviç "Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Monteneqro Avropa İttifaqının enerji təchizatı siyasətinə sadiqdir: "Enerji təchizatının şaxələndirilməsi vacibdir. Monteneqro bu layihədə iştirakla bağlı qərar verib. Qərbi Balkanda bu dəhlizin əhəmiyyəti çox böyükdür. Ölkəmizin qazlaşdırılması inkişafın yeni mərhələsi olacaq. Birgə səylərimiz nəticəsində TAP və TANAP Avropanın enerji siyasətinə uyğundur. Biz ölkələrimiz üçün yeni gələcək yaradırıq"
Daha sonra çıxış edən Albaniyanın sənaye və energetika naziri Damian Giknuri biıdirib ki, Albaniya TAP layihəsin mümkün qədər tez həyata keçirilməsi təmin edəcək.
Böyük Britaniyanın ticarət naziri Lord Lvinqston Böyük Britaniyanın Azərbaycanın yaxın tərəfdaşına çevrildiyini vurğulayıb:" BP "Azəri-Çıraq-Günəşli"də böyük platforma yaradıb. Böyük Britaniya və Azərbaycan digər sahələrdə də sıx əməkdaşlıq edir. Bu gün həm də Böyük Britaniya-Azərbaycan münasibətlərinin 20 illiyini qeyd edirik. Böyük Britaniya şirkətləri Azərbaycanda xarici sərmayənin başlıca mənbəyidir. Ümumilikdə, müxtəlif sahələrdə Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində də Azərbaycanın böyük imkanları var. Britaniya Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Bu, ən mürəkkəb layihələrdən olacaq, ancaq qarşıdakı illərdə iştirakçı dövlətlər və şirkətlər üçün əlavə mənfəətlər verəcək".
BP-nin icraçı direktoru Robert Dadli qeyd edib ki, müqavilə çərçivəsində artıq 2,5 milyard barel neft hasil edilib, 30 milyard dollar sərmayə yatırılıb:" Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təchizatında mühüm rol oynayacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev TAP və TANAP layihələrinin həyata keçirilməsinə 45 milyard dollara yaxın sərmayə qoyulacağını açıqlayıb. "Neftçilər 21-ci əsrin layihələrini uğurla həyata keçirəcək. 2016-cı ildə Cənub Qaz Dəhlizi ilə qaz Türkiyəyə, 2019-cu ildə Avropaya çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB