Gürcüstanın baş naziri: "Avropanın enerji xəritəsi dəyişəcək"

Gürcüstanın baş naziri: "Avropanın enerji xəritəsi dəyişəcək"

"Azərbaycan Gürcüstanın ən yaxın dost və tərəfdaşlarından biridir". SİA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Əsrin müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində çıxış edərkən deyib.

O deyib ki, biz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələri həyata keçirmişik:" TANAP layihəsi həyata keçiriləcək, Avropanın enerji xəritəsi dəyişəcək, Qara dəniz və Xəzər dənizi hövzəsindəki dövlətlər üçün yeni imkanlar açılacaq, əlavə iş imkanları yaranacaq, yoxsulluğun səviyyəsi azalacaq. Biz Qazaxıstan və Türkmənistanın ehtiyatlarının ixracı üçün Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik. Bu layihələr davamlı inkişafı təmin edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafda böyük rol oynayacaq. Biz bununla qlobal bazarlara inteqrasiya edirik. Qonşu ölkələrlə azad ticarət böyük töhfə olacaq. Avropa Birliyi ilə azad ticarəti digər dövlətlərə də şamil etmək istərdik. Biz əlimizdən gələni edəcəyik kt, regionda və qlobal səviyyədə Gürcüstan etibarlı tərəfdaş olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə