Azərbaycanda avtomobil istehsalı 5 dəfə artıb

Bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub
Azərbaycanda avtomobil istehsalı 5 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Statistik məlumatlarda qeyd olunur ki, bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.

Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur.

2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə