İlham Şaban: “3360 kilometrlik borunun yarıdan çoxu Türkiyə üzərindən keçəcək”

İlham Şaban: “3360 kilometrlik borunun yarıdan çoxu Türkiyə üzərindən keçəcək”

"Türkiyə parlamentinin Trans-Anadolu boru kəməri ilə bağlı (TANAP) iki sənədi ratifikasiya etməsi artıq bu layihənin başlaması üçün yaşıl işığın yandığını bildirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizinin təməl qoyma mərasimi ərəfəsində Türkiyənin TANAP layihəsi ilə bağlı iki sənədi təsdiqləməsi onların Bakıya əliboş gəlməməsi baxımından böyük bir addımdır: "Çünki Türkiyə Azərbaycana həm prezident, həm də baş nazirlə birlikdə böyük bir nümayəndə heyəti ilə gələcək. Digər tərəfdən də Cənub Qaz Dəhlizi layihəsinin ən böyük yükü məhz TANAP-ın üzərinə düşür. 3360 kilometrlik borunun yarıdan çoxu Türkiyə üzərindən keçəcək. Bu baxımdan da tikintisi 2015-ci ilə planlaşdırılan bu layihə ilə bağlı Türkiyədə belə böyük addımların atılması ona dəlalət edir ki, Azərbaycanın dostu, qardaşı və strateji partnyoru olan Türkiyədə hər bir şey öz qaydasında və qrafikə uyğun planlaşdırılmış şəkildə davam edir".

Təranə

Bütün xəbərlər Facebook səhifəmizdə