Əmlak Məsələləri Dövlət Komitəsi layihənin icrasına başlayıb
"Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində beynəlxalq ekspertlər tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı qiymətləndirmələr aparılıb, hesabatlar və fəaliyyət planları tərtib edilib, tövsiyələr və təkliflər hazırlanıb. Dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı artıq layihənin icrasına başlanılıb". Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.
Onun sözlərinə görə, layihənin məqsədi daşınmaz əmlaklar barədə məlumatların həm məlumat bazasının elektronlaşdırılması, elektron kadastr məlumatlarının yaradılması, xüsusi daşınmaz əmlakın qeydiyyatı, kadastr və idarə edilməsi üzrə sistemin ümumi hazırlanmasını əhatə etməkdir. Sistemin fəaliyyət göstərməsi üçün müəyyən maddi- texniki bazanın yaradılması da qarşıda duran vəzifədir".
Sədr müavini onu da qeyd edib ki, komitə son illər dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi, müasir əsaslarla inkişafı, müasir yanaşmaların və optimal idarəetmə metodların tətbiqi istiqamətində bir sıra nəticələr əldə edib: "Müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sistemini qurulması təmin edilib. 6 minə yaxın dövlət müəssisəsi illik hesabata təqdim edir ki, 2014-cü il ərzində onlardan 2200-ə yaxını illik xüsusi hesabatını, məhz elektron xidmət vasitəsilə təqdim edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB