İlham Şaban: “Layihə 2019-cu ildə reallaşacaq və bu, mütləq lazımdır”

İlham Şaban: “Layihə 2019-cu ildə reallaşacaq və bu, mütləq lazımdır”

"Cənub Qaz Dəhlizinin təməlinin qoyulması təbii ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğunun göstəricisidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, faktiki olaraq Avropanın başqa bir alternativ qaz mənbəyindən qaz alması ilə bağlı 2005-ci ildə Avropa Birliyinin komissiyası qarşısında qoyduğu məsələ açıq qalıb: "Düzdür, sıxılmış qazla bağlı məsələlər həll edilmişdi, terminallar tikilmişdi, müəyyən addımlar atılmışdı. Ancaq boru kəməri ilə Avropa məkanına alternativ bir məkandan qaz daxil olmasını, onun şaxələndirilməsi variantını tapa bilməmişdilər. Artıq bunun üstündən 9 il keçib. Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi məhz o məsələdir ki, ilk dəfə olaraq Avropanın 2005-ci ildə arzusunda olduğu Rusiya qazını öz enerji balansında azaltmağı gerçəkləşdirmək yolunda atdığı addımdır. Nəyə görə qurtulduğunu demirəm, çünki hələ Azərbaycan qazı Avropaya daxil olmayıb. Bu 2019-cu ildə reallaşacaq və bunun mütləq reallaşması lazımdır. Daima çalışılmalıdır ki, 3360 kilometrlik qaz-boru kəmərlər sistemi, yəni 3 ayrı layihə bir-birinə birləşib nəhayət Avropaya qaz ötürülsün".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə