Muzdla çalışan işçilərin sayı 1 milyon 511,3 min nəfər olub
Avqustun 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 511,3 min nəfər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, muzdla işləyənlərin 22,5 faizi təhsil, 18,8 faizi ticarət, 6,7 faizi isə tikinti sahələrində çalışıb. Həmin dövrdə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat təşkil edib.
İqtisadiyyatın peşə, elmi və texniki fəaliyyət sahələrində, o cümlədən tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB