Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək
"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi 2014-cü il oktyabr ayının 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun "28 May" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 1-də saat 12.00-da olacaqdır.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək sənədlərlə (şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona baytarlıq laboratoriyasında müayinəsi haqqında ekspertiza) birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Ancaq qeyd olunan müddətdə anbara təhvil verilən və respublika baytarlıq laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır.
Eyni zamanda, 2014-cü il sentyabr ayının 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur. Seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədilə yerlərin püşkatması keçiriləcəkdir. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları - (012) 498-94-47, 498-64-91.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB