202 saylı qurğu təmirdən sonra istismara verilib

"Azərneftyağ" Neft Emalı Zavodunun (NEZ) 7 saylı istehsalat sahəsinin 202 saylı neftin ilkin emalı qurğusu təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin avqust ayından təmirə saxlanılmış qurğuda elektrik mühərrikləri ilə yanaşı, yeni alınmış P-101A, P-101B və P-309B nasosları da quraşdırılıb. Bundan başqa, qurğudakı susoyutma sistemində su tutumunu ölçən və səviyyəni tənzimləyən müasir cihazlar yerləşdirilib. Bütün bunlar qurğunun məhsuldarlığının artmasına və texnoloji rejimə nəzarətin asanlaşmasına səbəb olub.

Təmir zamanı, həmçinin xammal istidəyişdiriciləri neft şlamından və mexaniki tullantılardan təmizlənib. Görülən işlər nəticəsində neftin ilkin qızma temperaturu yüksəlir və yanacaq sərfinə qənaət olunur.

202 saylı neftin ilkin emalı qurğusunun daima ahəngdar iş rejimində saxlanılması üçün qurğudakı bütün mövcüd nasoslar, hava soyuducuları və elektrik qurğuları tam təmir edilib.

Hazırda qurğu tam rejimdə istismar olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...