Azərbaycanda avqustun 31-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 22845 ədəd olub. SİA-nın xəbərinə görə, bu statistik göstərici "Elektron hökumət" bülleteninin sentyabr buraxılışında əksini tapıb.
Dövlət qurumlarına 14490 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilən sertifikatların sayı 2956 ədədə çatıb. Vətəndaşlar isə 5399 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilən, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB