RYTN-in ARDNF ilə olan layihəsindəki ləngimələr aradan qalxdı
"2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının tələblərinə uyğun olaraq əsasən Abşeron və digər rayonlarda telekommunikasiya infrastrukturunun genişləndirilməsi həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa oyunları ilə bağlı görülən işlərdən danışarkən deyib.
O bildirib ki, ümumi telekommunikasiya, internet infrastrukturunun inkişafı Dövlət Neft Fondu ilə həyata keçirilən genişzolaqlı internet layihəsi çərçivəsində aparılır: "Bu layihə texniki səbəblərdən müəyyən qədər ləngiyirdi, amma son vaxtlar bu məsələlər həllini tapıb. Yaxın vaxtlarda layihənin həyata keçirilməsi, tenderlərin elan olunmasını, özəl şirkətlərin bu layihələrə cəlb edilməsini təmin edəcəyik. Bu da öz növbəsində təkcə Bakıda deyil, bütün ölkədə böyük tədbirlərin, o cümlədən Avropa Oyunlarının keçirilməsi üçün bütün şəraiti yaradacaq".
Nazir həmçinin Fransa-Azərbaycan kosmik əlaqələrinin əməkdaşlığı çərçivəsində yerinə yetirilən "Azerspace 2" SPOT 7 proqramının həll olunmaq mərhələsində olduğunu da deyib: " tapmaqdadır. "Müqavilələrin bağlanması üçün artıq son suallar həll olunur. Hesab edirik ki, bu il artıq biz bu layihəyə qoşulacağıq. Azərbaycanın ikinci süni peykinin orbitə çıxarılmasını, onun fəaliyyətə başlanmasını görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB