ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Gədisu-Stalçay" sahəsində seysmik kəşfiyyat işlərini uğurla başa çatdırıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Quba-Xəzəryanı neftli-qazlı rayonunda yerləşən həmin sahədə 176 kilometrlik 2D, 183 kilometrlik qravimetrik və 173 kilometrlik maqnimetrik işlər aparılıb. Çöl işləri zamanı əldə edilmiş materiallar emal və interpretasiya mərhələsindədir.
İşlər "Gədisu-Stalçay" sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyıb.
Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB