Ucar rayonunun elektrik təsərrüfatında yenidənqurma işləri aparılır

Ucar rayonunun elektrik təsərrüfatında yenidənqurma işləri aparılır

"Azərenerji" ASC-dən SİA-ya verilən məlumta görə, Ucar elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. Rayonun 10 kilovoltluq (kV) elektrik verilişi xətlərində 13,2 kilometrlik məsafədə təmir işləri həyata keçirilir. Eyni zamanda, 0,4 kV-lik xətlərin 10,8 kilometrində əsaslı, 6 kilometrində isə cari işlər görülür. Bundan əlavə, 39 transformator məntəqəsi istismara verilib. Bu müddətdə rayon ərazisində 200-dək yeni sayğac quraşdırılıb, 150-dək sayğac dəyişdirilib.

Şəbəkədə payız-qış mövsümü üçün nəzərdə tutulmuş tədbirlər planı ilə yanaşı, qurğu və avadanlıq, elektrik verilişi xətləri yenidən təftiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə