Nazirliyin elektron xidməti müvəqqəti fəaliyyət göstərməyəcək
Vergilər Nazirliyi profilaktik tədbirlərlə əlaqədar olaraq e-taxes.gov.az elektron xidmətlər portalının fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi ödəyicilərini məlumatlandırıb. Bu barədə SİA Vergilər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Nazirlikdən bildiriblər ki, avqustun 22-i saat 20:00-da başlayan profilaktik tədbirlər avqustun 24-ü saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, nazirliyin elektron xidmətlər portalında 50-dən çox xidmət göstərilir. e-taxes.gov.az portalı vergi ödəyiciləri üçün geniş məlumat bazasına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB