Gənclər arasında məşğulluğun və işsizliyin səviyyəsi statistika

Gənclər arasında məşğulluğun və işsizliyin səviyyəsi statistika

Azərbaycanda 15-29 yaşlı gənclər arasında məşğulluğun və işsizliyin səviyyəsi açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, ötən il işsizliyin səviyyəsi cəmi 5,0 % , məşğulluq isə 95,0 % təşkil edib.

15-19 yaşlı gənclər arasında isə məşğulluq 84,1 % , işsizlik isə 15,9 % olub.20-24 yaşlılar arasında məşğulluq 86,7 % , işsizlik isə 13,3 % olub. 25-29 yaşlı gənclər arasında məşğulluq 93,4% , işsizlik isə 6,6% təşkil edib.

Kişilər arasında isə məşğulluğun cəmi 96,0% , işsizliyin cəmi isə 4,0% olub. 15-29 yaşlı kişilər arasında məşğulluq 91,8% , işsizlik isə 8,2% təşkil edib. Qadınlar arasında məşğulluğun cəmi 94,1% , işsizliyin cəmi isə 5,9% olub. 15-29 yaşlı gənc xanımlar arasında isə məşğulluq 88,2% , işsizlik isə 11,8% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə