Hava nəqliyyatı ilə 7 ayda bir milyona yaxın sərnişin daşınıb

Hava nəqliyyatı ilə 7 ayda bir milyona yaxın sərnişin daşınıb

Yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 977,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, daşınmanın 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilib.

Hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 64,8 min tona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə