"Günəşli" yatağındakı 13-cü özüldən 33 nömrəli quyuda qazma işləri davam etdirilir. SİA bu barədə ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, layihə dərinliyi 3500 metr olan quyu "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 150 000 kubmetr qaz və 15 ton kondensat hasil ediləcək.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB