İyulun 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 59 faiz artaraq 2,6 milyard rubl təşkil edib.
Bankın mətbuat xidmətindən bildiriblər ki, filialın depozit portfeli bir il ərzində 466 faiz artaraq 401 milyon rubla çatıb.
Qeyd edək ki, ABB-nin Yekaterinburq filialı 2005-ci ilin sentyabr ayında açılıb. Hazırda filialın "Taqanski" ofisi də müştərilərə xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB