Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geologiya və geofizika idarəsində "Ödənişli yay təcrübəsi" proqramının iştirakçıları ilə görüş olub. ARDNŞ-in insan resursları departamentindən bildiriblər ki, müəssisədə Azərbaycan Dövlət Neft Akademiyasının beş tələbəsi yay təcrübəsi keçir. Görüşdə bildirilib ki, tələbələr üçün lazımi iş şəraiti yaradılıb və onlar vaxtaşırı istehsalat sahələrinə gedərək müəssisədəki istehsal prosesləri ilə yaxından tanış olurlar.
Sonra tələbələr idarənin həyətində yerləşən sexlərdən birində nəzəri biliklərini praktiki məşğələlərdə necə tətbiq etdiklərini əyani olaraq nümayiş etdirib və yaradılan iş şəraitindən razı qaldıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB