Azərbaycanla Rusiya arasında memorandum imzalanıb

Azərbaycanla Rusiya arasında memorandum imzalanıb

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov Rusiya Federasiyasının Elektrostal şəhərində işgüzar səfərdə olub.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-dən Trend-ə bildiriblər ki, səfər çərçivəsində Sədr Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC-nin baş direktoru V.S.Zarudniy və icraçı direktoru V.V. Rasskazov ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC, onun potensial imkanları haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, kompleksin lahiyələndirilməsi və tikintisi istiqamətində mühüm işlər görülür. Sonra sədr "Elektrostal" zavodu ilə tanış olub, ona zavodun mövcud imkanları və perspektivləri haqqında məlumat verilib.

Səfər zamanı, həmçinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tikintisi layihəsi çərçivəsində mümkün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib və iyulun 24-də Memorandum imzalanıb.

Memorandum "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC-nin "Azərbaycan Polad İstehsalı Kompleksi"nin lahiyələndirilməsinin gələcək potensial tərəfdaşı niyyətini ifadə edir. Lahiyənin icrası ilə bağlı gələcəkdə müqavilələr bağlanması nəzərdə tutulur.

Samir Cəfərov səfər çərçivəsində İtaliyanın "ATS" şirkətinin baş icraçı direktoru Raffaele Calligaro Ceo, "ATS" şirkətinin Rusiya nümayəndəliyinin direktoru V.Yeqorov və "Elektrostal" metallurgiya zavodunun baş direktoru V.E.Şilnikov ilə görüşüb. Görüşlərdə metallurgiyanın bu günkü inkişafı və "Azərbaycan Polad İstehsalı Kompleksi " haqqında fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC ilə imzalanmış memorandum çərçivəsində geoloq və mühəndislərdən ibarət işçi qrup iyulun 27-də Azərbaycana ezam olunub. İşçi qrup hazırda "Azərbaycan Polad İstehsalı Kompleksi"nin struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC-də araşdırma işlərinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə