2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 24,92 milyon ton neft və qaz kondensatı hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır. SİA bu barədə məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 7 ayı üzrə hesabatında deyilir.
2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz kondensatı hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.
Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.
Hesabata əsasən, cari ilin ilk 7 ayında ölkədə əmtəə qazın hasilatı 10,76 milyard kubmetr olub ki, bu da 2013-cü ilin müvafiq dövründən 4,6 faiz çoxdur.
2013-ci ildə qaz hasilatı 17,9 milyard kubmetr əmtəə qazı təşkil edib, 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB