Bu gün İqtisadiyyat və Sənaye Nazirliyində tikinti-inşaat materialları istehsalı üzrə İşçi Qrupun ilk iclası keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının əməkdaşlarının iştirak etdiyi iclasda şirkətlər təmsil etdikləri müəssisələr barədə məlumat verib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndiriblər.
Müəssisələrdə müasir və qabaqcıl texnologiyaların tətbiqi, ixtisaslı kadrlarla təminat, tikinti və inşaat materiallarının satış imkanları və digər məsələlər müzakirə edilib.
İclasın sonunda tikinti-inşaat materialları istehsalı üzrə İşçi Qrupun növbəti iclasına qədər istehsalçılar tərəfindən təkliflərin təqdim olunması, nazirlik tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB