Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı təsdiq edilib. Komitədən SİA-ya verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən AZS İEC 60228-2014 "Kabellərin cərəyan keçirən damarları", AZS EN 50525-3-41-2014 "Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U0/U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-41: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz çarpaz bağlı izolyasiyalı təkdamarlı örtüksüz kabellər", AZS EN 50525-3-31-2014 "Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U0/U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-31: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz termoplastik izoliyasiyalı təkdamarlı örtüksüz kabellər", AZS EN 50525-3-21-2014 "Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U0/U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-21: Xüsusi yanma xüsusiyyətinə malik kabellər. Zəif tüstü emissiyasına malik, halogensiz çarpaz bağlı izoliyasiyalı elastik kabellər", AZS EN 50525-3-11-2014 "Elektrik kabelləri. Nominal gərginliyi 450/750 V-dan (U0/U) çox olmayan alçaq gərginlikli güc kabelləri. Hissə 3-11: Xüsusi yanma xüsusiyyətinə malik kabellər, Halogensiz termoplastik izoliyasiyalı və zəif tüstü emissiyalı elastik kabellər" dövlət standartları təsdiq edilib.
Qeyd edək ki, AZS İEC 60228-2014 standartı geniş çeşidə malik elektrik güc kabelləri və şnurlarda cərəyan keçirən damarların 0,5÷2500 mm2 intervalında nominal en kəsik sahələrini müəyyən edir. AZS EN 50525-3-41-2014 standartı halogensiz çarpaz bağlı kompaund izolyasiyaya malik və yanmaya məruz qalanda zəif tüstü və korroziyaedici qaz ayrılmasına malik təkdamarlı örtüksüz kabellərə, AZS EN 50525-3-31-2014 dövlət standartı halogensiz termoplastik kompaund izolyasiyalı və yanmaya məruz qalanda zəif tüstü və korroziyaedici qaz ayrılmasına malik təkdamarlı örtüksüz kabellərə şamil olunur.
AZS EN 50525-3-21-2014 dövlət standartı halogensiz çarpaz bağlı kompaund izolyasiyalı və örtüklü, yanmaya məruz qalanda zəif tüstü və korroziyaedici qaz ayrılmasına malik əyilgən kabellərə, AZS EN 50525-3-11-2014 dövlət standartı isə halogensiz termoplastik kompaund izolyasiyalı və örtüklü, yanmaya məruz qalanda zəif tüstü və korroziyaedici qaz ayrılmasına malik elastik kabellərə şamil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB