Ziya Məmmədov Həştərxana gedib

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Həştərxan şəhərində səfərdədir. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirlərin görüşü Həştərxan şəhərində bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan IV Xəzər Sammitinə hazırlıq məqsədini daşıyır.

Görüş zamanı nəqliyyat sahəsində bir sıra genişmiqyaslı layihələrin həyata keçirilməsi, Xəzər dənizində gəmiçilik, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və digər məsələlərin müzakirə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə