Azərbaycan və İran arasında bir sıra razılaşmalar əldə olunub
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac qabiliyyətli mallar haqqında mütəmadi məlumat mübadiləsinin aparılması barədə razılığa gəlinib. SİA-nın məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, İran Ticarət Palatası və Azərbaycanın Sahibkarlar Konfederasiyası bu sahədə birgə fəaliyyət göstərəcək. Azərbaycan və İran İslam Respublikası arasında bir sıra razılaşma əldə olunduğunu dilə gətirən nazir vurğulayıb ki, bu razılaşmalardan birir "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarıdır.
Nazir həmçinin bildirib ki, o cümlədən enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair bütün aidiyyəti məsələlərin nəzərə alınması və danışıqların sürətləndirilməsi barədə də razılıq əldə edilib.
Ş. Mustafayev Dövlət Komissiyasının 9-cu iclası çərçivəsində 2014-cü ilin 9 aprel tarixində Tehran şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş" İran İslam Respublikasındakı aidiyyəti orqanları tərəfindən təsdiq olunaraq qüvvəyə mindikdən sonra Saziş üzrə müvafiq icra işlərinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB