Masallı fermerləri çiyələk satışında çətinliklərlə qarşılaşırlar
Masallı rayonunda son illər çiyələk əkininə diqqət xeyli artırılıb. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, hazırda rayonda çiyələk yığımı davam edir. Havaların quraq keçməsi çiyələyin məhsuldarlığına mənfi təsir göstərib. Həmçinin məhsulun satış qiymətinin 1 manat 20 qəpikdən, 50-60- qəpiyə düşməsi məhsul istehsalçılarının gəlirlərini aşağı salıb.
Hadı İsmayılov uzun illərdir çiyələk əkini ilə məşğul olan fermerlərdəndir. Bu il 4 hektar ərazidə çiyələk əkən femer hazırda sahələrdən 5-ci yığımı həyata keçirir. Əkdiyi sahənin hər hektarından 15 ton məhsul götürən fermer əsasən çiyələyin "amerika" sortuna üstünlük verib. Bu sortun yerli sortlardan fərqi İyun ayından başlayaraq sentyabra kimi məhsul verməsidir. Lakin əvvəlki yığımlarla müqayisdə qiymətlərin qəfil aşağı düşməsi femeri çətin duruma salıb.
Hadı ismayılov bildirib ki, satış inid biraz çətinləşib. Yaxınlarda qəbul məntəqəsi olsaydı, hazır məhsulu ora vermək olardı. Əvvəllər 1kq-ı 1 manata, 80 qəpiyə satılırdısa, amma indi 1 kiloqramı 65 qəpiyə satırıq.
Fermer çiyələyin yığıldıqdan sonra məhsulu saxalamağın mümkün olmadığını,vaxtında satılmadıqda isə xarab olduğunu, nəticədə onlara ziyan dəydiyini bildirir. O, məhsulun satış problemini aradan qaldırmaqdan ötrü rayonda emal müəssisəsinin tikilməsini də vacib hesab edir.
Qeyd eək ki, son illər Masallı rayonunda inkişaf edən kənd təsəsrrüfatı sahələrindən biri də çiyələkçilikdir. Bu il rayon üzrə 25 hektardan artıq çiyələk əkilib ki,bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 hektar çoxdur. Məhsulun satışı əsasən paytaxt Bakı və respublikanın iri şəhər və rayonlarında aparılır.
Onu da əlavə edək ki, oktyabr ayında rayona daha məhsuldar çiyələk sortlarının gətirilməsi gözlənilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB