Bu rayonlarda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaz nəqli sistemində, eləcə də qaz ölçü qovşaqları və qazpaylayıcı stansiyalarda görülən işlərlə əlaqədar bu gün saat 18:00-dək Bakının Sabunçu, saat 17.00-dək Siyəzən və Bərdə, saat 20.00-dək isə Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə