Azərbaycan-İtaliya aviareyslərində qarşılıqlı səfər edənlərin sayı artıb
İtaliyanın "İl Messaggero" qəzetində "Azərbaycan Hava Yolları – AZAL" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İtaliyaya birbaşa reysləri ilə bağlı məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Bakı-Roma-Bakı, Bakı-Milan-Bakı təyyarə reysləri həftədə iki dəfə həyata keçirilir və reyslərdə sərnişinlərə yüksək səviyyəli xidmət göstərilir.
Oxucuların diqqətinə çatdırılır ki, bu reyslər Azərbaycan ilə İtaliya arasında turizm sahəsində əməkdaşlığı genişləndirir və turizm şirkətlərinin işini olduqca asanlaşdırır. Belə ki, reyslər istifadəyə verildikdən sonra qarşılıqlı olaraq səfər edənlərin sayı sürətlə artmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB