Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 107.9 milyon ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1.8 faiz çoxdur. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu müddətdə 867.6 milyon nəfər və ya 5.8 faiz çox sərnişin daşınıb. Yüklərin 2.4 faizi dəmir yolu nəqliyyatı, 57.1 faizi avtomobil nəqliyyatı, 4.5 faizi dəniz nəqliyyatı, 29.0 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.3 faizi avtomobil, 12.5 faizi metropolitenlə daşınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB