68,5 mln. manat dəyərində kənd təsərrüfatı avadanlıqları satılıb
Bu ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində 504 ədəd taxılyığan kombayn, 499 ədəd müxtəlif növ traktor satılıb. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, hesabat dövründə 355 ədəd kotan, 44 ədəd səpici aqreqat, 42 ədəd otbiçən, 30 ədəd çiləyici və tozlayıcı maşınlar, habelə 22 ədəd ot dırmıqları, 15 ədəd gübrəsəpən maşın və 55 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB