Bakı-Həştərxan-Bakı uçuşları bərpa edildi

Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Həştərxan-Bakı istiqamətində (Bazar ertəsi/Çərşənbə axşamı günləri) müntəzəm uçuşların yerinə yetirilməsini bərpa edir.

SİA-nın AZAL-a istinadən verdiyi xəbərə görə, qeyd edilən istiqamət üzrə Bakıdan uçuş saat 19:00-da, Həştərxanda eniş isə 19:20-də yerinə yetiriləcək.

Həştərxandan isə təyyarə saat 03:15-də havaya qalxacaq və saat 05:35-də Bakıda eniş edəcək.

Bakı-Həştərxan-Bakı marşrutu üzrə uçuşlar müasir və komfortlu "Embraer" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...