Çex Respublikasının prezidenti Caspian Energy jurnalını təbrik etdi FOTO

Çex Respublikasının prezidenti Caspian Energy jurnalını təbrik etdi FOTO

Çex Respublikasının prezidenti Miloş Zeman dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə bildirilir:

"Böyük məmnuniyyətlə Əsrin müqaviləsinin 20 illik yubileyi və Caspian Energy jurnalının 15 illiyi münasibətilə Caspian Energy jurnalının oxucularına müraciət etmək istərdim. Bu saziş region üçün mühüm əhəmiyyət kəsb edir. Mən Caspian Energy jurnalının daha 15 il və ondan da artıq fəaliyyət göstərməsini arzulayıram".

Qeyd edək ki, Çex Respublikasının Prezidenti Miloş Zemanın eksklüziv müsahibəsi Caspian Energy jurnalının 87-ci sayında (may-iyun 2014-cü il) dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə