“AtaSıgorta” Milli Mətbuat gününə həsr olunan yarış təşkil edib

“AtaSıgorta” Milli Mətbuat gününə həsr olunan yarış təşkil edib

"AtaSığorta" ASC-nin dəstəyi ilə 22 iyul Milli Mətbuat günü münasibəti ilə jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib. "Excelsior Hotel Baku" otelinin "Aura" sağlamlıq mərkəzində keçirilən yarışda aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər. Yüksək azart ilə keçən yarışda hakimliyi peşəkar tennis hakimi Tahir Namazov üzərinə götürüb.

"AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev KİV nümayəndələrini 22 iyul-Milli Mətbuat günü münasibəti ilə təbrik edib və sığorta bazarını fəal şəkildə işıqlandırmalarına görə onlara təşəkkürünü bildirib: "Maliyyə sektoru və KİV sıx əməkdaşlıq çərçivəsində işləməlidir, belə tədbirlər əlaqələrin gücləndirilməsinə gətirib çıxarır. İqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə, sığorta şirkətləri müştərilərin ehtiyaclarını qarşılamaq üçün öz məhsul və xidmətlərini daima yeniləyir, zamanla uzlaşmağa can atır. Sığorta biznesində baş verən yeniliklər barədə geniş ictimaiyyətin məlumatlandırılmasında KİV böyük rol oynayır".

Sonda "AtaHolding" ASC-nin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova öz müraciətində mətbuatın ictimaiyyətdə əvəzsiz rolunu, KİV və biznes qurumları arasında əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğulayıb, yarışın qaliblərinə "AtaSığorta" ASC-dən hədiyyələr təqdim edib.

Qeyd edək ki, "AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC sığorta biznesində 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növləri üzrə fəaliyyət göstərir. İcbari sığorta üzrə Büronun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial və 5 nümayəndəlik daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə