“Bank Standard”ın müştəriləri maaş kartlarına pul mədaxil edə biləcəklər

“Bank Standard”ın müştəriləri maaş kartlarına pul mədaxil edə biləcəklər

"Bank Standard" daha bir yeni xidmətini təqdim edib. Müştərilər bu xidmət vasitəsilə maaş kartlarına özləri də pul mədaxil edə biləcəklər. Bankın mətbuat xidmətindən bildiriblər ki, karta pulu "MilliÖn" terminallarında və ya bankın istənilən filialına yaxınlaşaraq daxil etmək olar. Xidmət üçün komissiya haqqı 0,5 faizdir.

"MilliÖn" terminalları vasitəsilə mədaxili həyata keçirmək üçün müştəri kodunu və doğum tarixini daxil etməklə maaş kartının nömrəsini seçmək kifayətdir. Müştəri kodunu 158 nömrəsinə zəng vurmaqla və ya onlayn məsləhətçiyə müraciət etməklə öyrənmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə