ABŞ-ın enerji şirkətləri Türkiyədə neft-qaz axtarışlarına cəlb edilir
ABŞ-ın enerji şirkətləri Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə yeni əməkdaşlıq əlaqələri qurur. Türkiyənin "Milliyet" qəzetinin yaydığı xəbərə görə, "Shell"dən sonra Amerikanın "ExxonMobil" şirkəti də ölkənin cənub-şərqi Anadolu və Trakya bölgələrində qaz axtarışı üçün TPAO ilə danışıqlara başlayıb. Həmin bölgələrdə 20 trilyon kubmetr qaya qazı potensialı olduğu iddia edilir. Çıxarılan ehtiyatların TPAO və "ExxonMobil" şirkəti arasındakı pay bölgüsünün necə olacağı aparılan danışıqlardan sonra müəyyənləşəcək.
Xəbərdə bildirilir ki, TPAO daha bir ortaqlığa "Amity Oil" ilə başlayıb. "Amity Oil" Tekirdağ və İstanbul bölgələrində neft-qaz axtarışları həyata keçirəcək. Şirkətin bir ildən çoxdur ki, Trakya bölgəsində də qazma işləri apardığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB