İyulun 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçiriləcəkdir.
Nazirlikdən bildirmişlər ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kimya sənayesi avadanlığı, elektroenergetika, sənaye, İKT və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamının iştirakı nəzərdə tutulur.
Biznes forum çərçivəsində Azərbaycan və Rusiya Federasiyasının Tomsk vilayətinin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar olacaq, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək, şirkətlər arasında əməkdaşlığa dair sənədlər imzalanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB