Bakı-Şamaxı-Yevlax avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-ci kilometrliyindən 45-ci kilometrliyinədək olan hissəsinə 2 zolaq əlavə olunmaqla birinci texniki dərəcəli yola uyğun yenidən qurulması işləri davam etdirilir. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirmişdir ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması, yerüstü piyada keçidinin, həmçinin mal-qara keçidlərinin inşası nəzərdə tutulmuşdur.

Artıq torpaq işlərinin 85 faizi yerinə yetirilmiş, yolun genişləndirilən hissəsinə 21 kilometr məsafədə iki qat asfalt-beton örtük döşənmişdir. Qalan 9 kilometr hissənin 7 kilometrində torpaq işləri tamamlanmışdır.

Layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə