Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi 23 milyon manatı ötüb

Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi 23 milyon manatı ötüb

Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 23 milyon 337 min manat olub. SİA-nın xəbərinə görə, bu statistik göstərici muxtar respublikanın cari ilin 6 ayını əhatə edən sosial iqtisadi inkişafına dair hesabatda əksini tapıb.

Ümumi xidmətlərin 84,6 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur.

Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 3311 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, 1 iyul 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 67-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə