Bərpa işləri ilə bağlı Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə iyulun 11-i gecə saat 10-11 radələrində dəmiryol körpüsünün yaxınlığında yerləşən "Dörd yol" adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5 km hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB