Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaztənzimləyici qurğunun quraşdırılması və mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Suraxanı və Yasamal, işlər başa çatanadək isə Qaradağ və Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB