"Hazırda "Bakı Taksi" MMC ciddi şəkildə Bakı I Avropa Oyunlarına hazırlaşır. Belə ki, yaxın günlərdə işçilərin yeni dizaynda geyimləri hazır olacaq". Bu barədə SİA-ya açıqlamasında "Bakı Taksi" MMC-nin maliyyə müdiri Vüqar İbrahimov şirkətin Bakı I Avropa Oyunlarına necə hazırlaşmasından bəhs edərkən deyib.
Onun sözlərinə görə, hazırlıq işlərinə hava limanından başlanılıb, çünki qonaqlar ilk olaraq orada qarşılanacaq: "Bununla bağlı, artıq tədbirlər planı hazırlanıb. Eyni zamanda hava limanında daimi dispetçer xidməti yaradılıb ki, onlar da taksilərin işinə nəzarət edəcək. Bununla yanaşı, "London taksi"lərində informasiya texnologiyalarının tətbiqi ilə bağlı işlər davam edir".
O həmçinin qeyd edib ki, taksilər Avropa standartlarına uyğun olsun deyə əlavə texniki baxışlara cəlb olunub: "Sürücülərin gigiyenik qaydalara cavab verməsi ilə bağlı da reydlərə başlanılıb. Hətta şirkətin nəzdində 500 sürücü bazasının yaradılması üçün komissiya da yaradılıb. Sürücülər Avropa Oyunlarında qonaqlarla danışa bilməsi üçün xarici dil kursları təşkil olunacaq. Baxmayaraq hazırda belə kurslar var, ancaq oyunlar qabağı bu daha da intensivləşdiriləcək".
"Bakı Taksi" MMC "London Taksi"lərində qiymətlərin vəziyyətinə də aydınlıq gətirən şirkət rəsmisi əlavə edib ki, bundan sonra heç bir qiymət artımının olması nəzərdə tutulmur: "Lakin son zamanlar yanacağın qiymətinin bahalaşmasını nəzərə alsaq, heç bir azalma olmayacaq".
Bakıya yeni taksilərin gətirilməsinə toxunan V. İbrahimov bildirib ki, bu proses bizneslə bağlı olduğuna görə dəqiq tarix demək hələ tezdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB