Azərbaycanda iyunun 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 19239 ədəd təşkil edib. SİA-nın xəbərinə görə, dövlət qurumlarına 13034 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilən sertifikatların sayı 1004-ə çatıb. Vətəndaşlar isə 5201 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB